Wacken Open Air

2010 konsert səhnələri

Wacken Open Air (W:O:A), Şimali Almaniyadakı Şlezviq-Holşteyn əyalətinin Wacken adlı kiçik bir qəsəbəsində açıq havada təşkil edilən ənənəvi heavy metal musiqi festivalıdır. 2011-ci ildə 80.000 metal sevər olmaq üzrə cəmdə 86.000 iştirakçının qatıldığı festival; dünyanın dörd bir yanından Blək metal, Det metal, Pauer metal, Treş metal, Qotik metal, Folk metal və hətta Metalkor ilə Hard rokpərəstişkarlarını özünə çəkir.

1990-ci ildə yerli alman qruplar tərəfindən təşkil edilən təşkilat, 1998-ci ildə Avropa metal musiqi təqvimində əhəmiyyətli bir yerə gələrək; Avropa, Şimali Amerika və Avstraliyadan 70-dən çox qrupa ev sahibliyi etdi. Avqust ayının əvvəlində başlayan festival cəmi üç gün davam edir. Bu zaman ərzində musiqi həvəskarları, festival sahəsinin ətrafında geniş çadır düşərgə qurarlar.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy